
“TopSpeed” portalı ən sürətli 10 sedanın reytinqini tərtib edib.
Yeniavaz.com xəbər verir ki, siyahıda birinci yeri 2026-cı il model “Tesla Model S Plaid” tutub.
Bu model 97 km/saat sürəti cəmi 1,99 saniyəyə yığır.
İkinci yerdə 97 km/saat sürəti 3,0 saniyəyə yığan 2026-cı il model “Mercedes-AMG S 63 E Performance” qərarlaşıb.
İlk üçlüyü isə 97 km/saat sürəti 3,2 saniyəyə yığan 2026-cı il model “Mercedes-AMG EQE” tamamlayıb.