Fransada Luvrdan oğurlanmış zinət əşyalarını gizlətmək üçün istifadə edilən qaraj aşkar edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.
Fransada dünyaca məşhur Luvr muzeyindən edilən oğurluqla bağlı yeni faktlar üzə çıxıb.
Məlumata görə, Fransa müstəntiqləri oğruların muzeydən oğurladıqları tarixi və qiymətli əşyaları gizlətmək üçün istifadə etdikləri qarajı tapıblar.
Lakin axtarışlar zamanı qarajdan zinət əşyalarını tapmaq mümkün olmayıb, onlar hələ də itkin sayılır.
İstintaq qrupu soyğunçuların hər hansı cinayətkar sindikatın sifarişi ilə deyil, öz şəxsi təşəbbüsləri ilə hərəkət etdikləri versiyasını istisna etmir.
Xuraman Etibarlı
İnterpress.az