AZ

Ehtiyat hissələrinin və servis xərclərinin artması... AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Son dövrlərdə avtomobil bazarında müşahidə olunan canlanma qiymət artımı ilə müşayiət olunur. Bu artım ilk növbədə alıcı fəallığının yüksəlməsi və bazarda təklifin tələbi tam ödəməməsi ilə bağlıdır”. Bunu Demokrat.az-a açıqlamasında avtomobil üzrə ekspert Elgiz Mehdiyev bildirib.O deyib ki, xüsusilə ikinci əl avtomobillər daha sürətlə bahalaşıb:“Çünki yeni avtomobillərin qiyməti artdıqca vətəndaşlar alternativ olaraq bu seqmentə yönəlirlər. Ən çox qiymət artımı yanacaq sərfiyyatı az olan, texniki vəziyyəti yaxşı və populyar modellərdə müşahidə edilir. Eyni zamanda hibrid və elektrik avtomobilləri də bahalaşan kateqoriyaya daxildir. Bu, idxal zamanı tətbiq olunan vergi və gömrük güzəştlərinin mərhələli şəkildə azalması ilə əlaqədardır. Bundan əlavə, ehtiyat hissələrinin və servis xərclərinin artması da satıcıların qiymətləri qaldırmasına səbəb olur. Mövsümi faktorlar da bazara təsirsiz ötüşmür; yaz aylarına yaxın avtomobil alqı-satqısında ənənəvi olaraq canlanma yaranır. Bahalaşma əsasən orta qiymət seqmentində daha kəskin hiss olunur, bahalı avtomobillərdə isə artım nisbətən sabitdir”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
124
demokrat.az

1Mənbələr