AZ

Rusiya XİN İranın daxili siyasətinə xarici müdaxiləni pisləyir

Rusiya İranın daxili siyasi proseslərinə təxribatçı xarici müdaxiləni qəti şəkildə pisləyir.

Moderator.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, Vaşinqtonun İrana qarşı yeni hərbi zərbələr endirməklə bağlı təhdidləri qəti şəkildə qəbuledilməzdir.

"Xüsusilə qeyd etmək lazımdır ki, ölkə hökuməti Qərbin düşmən siyasətinin mənfi sosial-iqtisadi nəticələrini neytrallaşdırmaq üçün effektiv yollar axtarmaq məqsədilə cəmiyyətlə konstruktiv dialoqa hazırdır", - Rusiya XİN sözçüsü vurğulayıb.

Seçilən
116
5
moderator.az

6Mənbələr