AZ

“Yunayted” yeni baş məşqçi ilə razılığa gəldi – “The Athletic”


“Mançester Yunayted” Maykl Kerrikin əsas komandanın baş məşqçisi təyin edilməsi ilə bağlı onunla prinsipial razılığa gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Athletic” qəzetinin əməkdaşı Devid Ornşteynin sosial media hesabında məlumat yayıb.
Mənbənin məlumatına görə, 44 yaşlı mütəxəssis cari mövsümün sonuna qədər “Qırmızı Şeytanlar”a rəhbərlik edəcək.
Karrik əvvəllər “Mançester Yunayted”də Ole Qunnar Sulşerin assistenti olub və norveçli mütəxəssisin gedişindən sonra komandaya müvəqqəti baş məşqşi kimi də rəhbərlik edib.
Keçmiş “Mançester Yunayted” yarımmüdafiəçisinin son iş yeri 2025-ci ilin yayında ayrıldığı “Midlsbro” idi.
Seçilən
151
yeniavaz.com

1Mənbələr