“Leypsiq”in hücumçusu Timo Verner karyerasını MLS-də davam etdirəcək.
Apasport.az xəbər verir ki, almaniyalı futbolçu “San-Xose Ertveyks” klubu ilə razılığa gəlib.
Forvard ABŞ təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Verner bu mövsüm “Leypsiq”in heyətində üç oyuna çıxsa da, fərqlənə bilməyib. O, daha əvvəl “Ştuttqart”, “Çelsi” və “Tottenhem” klublarında da çıxış edib.
29 yaşlı hücumçunun “Leypsiq”lə mövcud müqaviləsinin müddəti 2026-cı il iyunun 30-dək qüvvədədir.
Arbeloa “Real”la ilk məşqini keçirib
Fransa millisinin sabiq üzvü karyerasını bitirib
"Fənərbaxça" Türkiyə kuboku oyununa 5 itki ilə çıxacaq
“Qalatasaray”dan transfer bombası: “İnter”in ulduzu üçün 35 milyon avro
Tedesko: “Nkunkunun Türkiyəyə gəlməsi real görünmür”