AZ

Ceyhun Bayramov həmkarı ilə Venesueladakı son hadisələr barədə danışıb

Bakı. Trend:

13 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov ilə Venesuela Bolivar Respublikasınınxarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto arasındatelefon danışığı aparılıb.

Trend xəbərverir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı, Venesuelada son hadisələr, eləcə dəAzərbaycan və Venesuela arasında ikitərəfli və çoxtərəfliəməkdaşlıq məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Venesuelada baş verən hadisələrnəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərinhüznlə başsağlığı verib. Venesuelada sülh və sabitliyin bərqərarolacağına, Venesuelanın birliyinin qorunacağına ümidvar olduğunubildirib.

Venesuela naziri telefon danışığı zamanı son inkişaflar barədəətraflı məlumat verib. Venesuelada prezident vəzifələrininmüvəffəqiyyətlə icra edildiyini, dövlət qurumlarının işləkvəziyyətdə olduğunu bildirib. Nazir bununla yanaşı, ABŞ tərəfi ilədialoqun davam etdiyini, ABŞ şirkətlərinin, xüsusilə energetikasahəsində fəaliyyətlərini bərpa olunduğunu, səfirliklərinqarşılıqlı şəkildə fəaliyyətə başlaması üçün danışıqlaraparıldığını diqqətə çatdırıb.

Nazirlər Azərbaycanla Venesuela arasında ikitərəflimünasibətlərin inkişafı istiqamətində səylərin davametdirilməsinin, beynəlxalq təşkilatlar, xüsusilə BMT və QoşulmamaHərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslananəməkdaşlığın vacibliyini vurğulayıblar.

Seçilən
102
17
az.trend.az

10Mənbələr