AZ

“Real” bütün titullar uğrunda mübarizə aparacaq”

“Real”ın baş məşqçisi Alvaro Arbeloa komandanın turnir vəziyyəti barədə fikirlərini bölüşüb. 

90deqiqe.Az xəbər verir ki, ispan çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Bütün turnirlərdə əla vəziyətdəyik. Mənim üçün əsas futbolçularla tanış olmaq, onlarla işləmək və hər kəsi komanda üçün mövcud vəziyyətdə görməkdir. Əsas odur ki, oyunçular xoşbəxt olsun və meydanda zövq alsın. Bu embləmli formanı geyinmək həyatdakı ən gözəl hisslərdəndir. Biz bütün titullar uğrunda mübarizə aparmaq ambisiyasındayıq” 

Qeyd edək ki, yanvarın 14-də, çərşənbə günü, “Real” İspaniya Kubokunun 1/8 final mərhələsində səfərdə “Albasete” ilə qarşılaşacaq. La Liqa turnir cədvəlində “kral klubu” ikinci pillədədir və “Barselona”dan dörd xal geri qalır.

Seçilən
15
90deqiqe.az

1Mənbələr