AZ

"Neftçi" Misir klubu ilə heç-heçə edib - YENİLƏNİB

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan "Neftçi" bu gün növbəti yoxlama oyununu keçirib.

Apasport.az xəbər verir ki, "Neftçi" Misir təmsilçisi "Piramids"lə üz-üzə gəlib.

Bakı vaxtı ilə saat 18:00-da start götürən qarşılaşma "Məhəmməd bin Zayed" stadionunda baş tutub.

Gərgin keçən oyunun ilk hissəsi Misir təmsilçisinin minimalhesablı qələbəsi ilə başa çatıb. Fasilədən sonra hücumlarını artıran "ağ-qaralar" 87-ci dəqiqədə Murad Məmmədovun vurduğu qolla hesabı bərabərləşdiriblər. Matç bu hesabla başa çatıb - 1:1.

Qeyd edək ki, ilk sınaq matçında "Kayrat"a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gələn "Neftçi" yanvarın 16-da keçiriləcək sonuncu oyunda Çinin "Çenqdu Ronqçenq" klubu ilə qarşılaşacaq.

"Səbail"də yeni transfer

Türkiyə Kuboku oyunları bu kanallarda

"Karvan-Yevlax" iki məşqçisi ilə yollarını ayırıb

Kaxaber Tsxadadze: “Bizim üçün çox vacib olan xalları qazanmalıyıq”

Millimizin Danimarka ilə oyunlarının başlama saatı bəlli olub

Seçilən
19
apasport.az

1Mənbələr