AZ

Konte A Seriyasının iki oyununa diskvalifikasiya edildi

“Napoli”nin baş məşqçisi Antonio Konte iki matçlıq diskvalifikasiya alıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Corriere dello Sport" məlumat yayıb.

“İnter”lə keçirilən oyunda (2:2) Konte hakimi təhqir edərək aqressiv etirazları səbəbindən qırmızı vərəqə alıb. Mütəxəssis komandasına qarşı təyin olunan penaltiyə etiraz edirmiş.

Qaydalar üzrə Konte yalnız iki Seria A matçını buraxmayacaq, həm də 15 min avro cərimə olunacaq. Nəticədə Antonio Konte yanvarın 14-də “Parma” və yanvarın 17-də “Sassuolo” ilə keçiriləcək çempionat oyunlarını buraxacaq. Hər iki matç “Napoli”nin evində keçiriləcək.

Hazırda “Napoli” Seria A turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.

Seçilən
46
90deqiqe.az

1Mənbələr