AZ

Gümüş rekord qırdı

Mart ayı gümüş fyuçerslərinin qiyməti yeni rekord həddə çatıb.

“Cebheinfo.az” “İnvesting.com”-un məlumatların təhlilinə istinadən xəbər verir ki, Moskva vaxtı ilə saat 16:40-da qiymət 2,75% artaraq troy unsiyası üçün 87,4 dollara çatıb.

13 yanvarda keçirilən ticarət zamanı ən yüksək qiymət troy unsiyası üçün 87,7 dollar olub. Qızıl fyuçersləri 0,26% artaraq troy unsiyası üçün 4624 dollar olub.

"Bloomberg" qiymətli metalların qiymətlərinin artmasının ABŞ faiz dərəcələrinin aşağı düşməsi və geosiyasi gərginliyin artması ilə əlaqəli olduğunu təxmin edir.

Federal Ehtiyat Sisteminə qarşı cinayət təqibi təhlükəsi də qiymətə təsir edib. ABŞ Federal Ehtiyat Sisteminin sədri Jerom Pauell Ədliyyə Nazirliyinin ona və digər Federal Ehtiyat rəsmilərinə çağırış vərəqələri göndərdiyini açıqlayıb.

Seçilən
72
cebheinfo.az

1Mənbələr