Nizami Gəncəvi Ev Muzeyinin rəhbərliyi ilə Mir Cəlal Paşayev Ev Muzeyinin kollektivi arasında görüş keçirilib.
Newscenter.az xəbər verir ki, Mir Cəlal Paşayev Ev Muzeyində baş tutan görüş səmimi və işgüzar şəraitdə keçib. Görüş qarşılıqlı təcrübə mübadiləsi və gələcək fəaliyyətlərin planlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edib.
Görüş zamanı qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, ədəbiyyat və mədəni irsin təbliği, birgə layihə və tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Süleyman