Rumıniyanın ÇFR klubu Kurt Zuma ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, Kluj təmsilçisi fransalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı mərkəz müdafiəçisi azad agent statusundadır.
Qeyd edək ki, Kurt Zuma karyerası ərzində "Sent-Etyen", "Çelsi", "Stok Siti", "Everton", "Vest Hem" kimi klubların formasını geeyinib. Təcrübəli futbolçu ÇFR-in heyətində 4 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi