AZ

Putinin müharibədən sonra ŞOK Qafqaz ssenarisi – Bakıdan GÖZLƏNTİ

Ermənistan Rusiya-Ukrayna müharibəsindən sonrakı dövr üçün narahatdır. Çünki bu savaşdan sonra Moskvanın İrəvana təzyiqləri güclənə bilər. Ermənistan Qərbə inteqrasiyanı sürətləndirməklə yeni təhdidlərlə üzləşəcək. Nəzərə almaq lazımdır ki, ərazisində ən azından 102-ci rus hərbi bazası yerləşir.

Bəs Paşinyan hakimiyyətinin postmüharibə dövrü ilə bağlı Rusiyanın təzyiqlərinə tab gətirmək üçün kontur hazırlıqları varmı?

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a bildirib ki, müharibənin uzanması Şərqi Avropanın, Cənubi Qafqazın gələcəyi baxımından taleyüklüdür:

"Başqa sözlə, müharibənin nəticələri, o cümlədən bitməsi, yaxud davam edərək genişlənməsi bu regionların taleyində mühüm dönüşlər yarada bilər. Belə ki, Ukrayna hazırda qarşısında qoyulan tələbləri qəbul edib müharibəni bitirərsə bu, Rusiyanın qələbəsi demək olub, təsir gücünün artması ilə nəticələnə bilər. Ki, dünya bunu istəmir. Ona görə müharibənin uzadılması ssenariləri işə salınır".

Onun fikrincə, müharibənin genişlənməsi isə Rusiyanın postsovet məkanında təsir gücünün gedərək azalması ilə müşayiət olunacaq:

"Bu ssenaridə Cənubi Qafqazın taleyi fərqli, müharibə və münaqişələrdən azad görünür. Çünki Azərbaycan böyük ölçüdə regionun taleyini artıq II Qarabağ müharibəsi ilə həll edib və region müharibə sonrası dövrə qədəm qoyub. Düzdür ki, bu dövrdə həm Azərbaycan, həm də Ermənistanın Qərblə əməkdaşlığı dərinləşdirməsi Rusiya ilə gərginlik yaradıb. Lakin Azərbaycan və Ermənistan arasında real sülh yaranarsa bu, Rusiyanın müvafiq planlarının iflası ilə nəticələnəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
161
1
olaylar.az

2Mənbələr