AZ

TƏCİLİ! İsrail QƏRAR VERDİ – Əlaqələr kəsilir

İsrailin xarici işlər naziri Gideon Saar ölkəsinin bir sıra BMT və beynəlxalq təşkilatlarla əlaqələrini dayandıracağını açıqlayıb.

KONKRET.az xəbər verir ki, Saarın sözlərinə görə, əlaqələrin kəsiləcəyi qurumlar arasında BMT-nin Mədəniyyətlər Alyansı və Miqrasiya və İnkişaf üzrə Qlobal Forum da yer alır.

Nazirin izahına görə, bu qərar İsrailin milli maraqlarını və diplomatik mövqeyini qorumaq məqsədilə qəbul edilib. Gideon Saar bildirib ki, bəzi beynəlxalq qurumların fəaliyyətləri İsrailin suverenliyinə və təhlükəsizlik siyasətinə zidd olaraq görülür və buna görə də əlaqələrin yenidən nəzərdən keçirilməsi zərurəti yaranıb.

Məlumatda əlavə olunur ki, İsrail hökuməti gələcəkdə digər beynəlxalq təşkilatlarla münasibətlərini də eyni prinsiplər əsasında qiymətləndirəcək və ölkənin milli maraqlarına uyğun olmayan hallara qarşı sərt mövqe nümayiş etdirəcək.

Natiq Səlim,
KONKRET.az

Seçilən
75
1
konkret.az

2Mənbələr