AZ

Solovyovun Qırğızıstana girişi QADAĞAN OLUNACAQ – Deputat məsələ QALDIRDI

Solovyovun Qırğızıstana girişi qadağan edilə bilər.

İnterpress.az xəbər verir ki, Qırğızıstan parlamentində rusiyalı teleaparıcı Vladimir Solovyovla bağlı sərt təklif irəli sürülüb.

Məlumata görə, deputat Dastan Bekeşev təbliğatçının ölkəyə girişinə rəsmi qadağa qoyulmasını tələb edib.

Buna səbəb Solovyovun bir müddət əvvəl səsləndirdiyi “Orta Asiyada xüsusi hərbi əməliyyat (SVO) keçirilməlidir” fikirləri olub.

Deputat hesab edir ki, bu cür bəyanatlar ölkənin suverenliyinə hörmətsizlikdir və cavabsız qalmamalıdır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
40
interpress.az

1Mənbələr