AZ

Arıqlama çayları xərçəng riskini artırır



Bir çox hallarda artıq çəkidən əziyyət çəkən insanlar bunun həllini qidadan uzaq durmaqla deyil, müxtəlif arıqlama vasitələri, çay və ya xüsusi kofelər qəbul etməkdə görürlər. Düzdür, həmin vasitələr onu qəbul edən şəxsdə artıq çəkinin atılmasına yol açır. Ancaq onlar insan orqanizmində gizli şəkildə müxtəlif viruslara, xəstəliklərə də şərait yaradır.

Newscenter.az xəbər verir ki, bu istiqamətdə tədqiqat aparan alimlər təhlükəli məqamları üzə çıxarıblar. Araşdırma zamanı mılum olub ki, bəzi arıqlama çayları sağlamlıq üçün təhlükəlidir.

Arıqlama çaylarından müntəzəm istifadə boğazda daimi qıcıqlanma yaradır, mədə və bağırsaq selikli qişanı zədələyir. Nəticə etibarilə insanda susuzlaşma və elektrolit pozğunluğu meydana gəlir. Getdikcə artan mədə-bağırsaq problemləri mədə xərçənginə də yol aça bilir.

Araşdırmaya əsasən bildirilir ki, bu vasitələrdən istifadə uzunmüddətli selikli qişa zədələnməsi, xroniki iltihab kimi mənfi hallar yaradır.

Anar
Seçilən
49
1
newscenter.az

2Mənbələr