AZ

Qəzzada 135.000 çadırdan 127.000 i yaşamaq üçün yararsız hala düşüb

Newscenter.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qəzza zolağında məcburi köçkünlər üçün qurulan 135.000 çadırdan 127.000-nin sərt qış şərtləri səbəbindən yaşamaq üçün yararsız hala düşdüyü bildirilib.Newscenter.az xəbər verir ki, bu barədə Fələstin hökuməti məlumat verib.Hökumətin media ofisinin rəhbəri İsmayıl əl-Səvabitah yazılı açıqlamasında bölgədəki ailələrin dağılmış çadırlarda və təcrid olunmuş ərazilərdə yaşadığını bildirib. O, yorğan, çarpayı və sığınacaqla bağlı böhranın ciddi və boğucu həddə çatdığını qeyd edib.Səvabitah deyib: "Qəzza zolağında həddindən artıq qütb soyuğunun təsiri altında olan 135.000 çadırdan 127.000-i yaşamaq üçün yararsız hala düşüb".Səvabitah, həmçinin İsrailin Qəzzada şəhər infrastrukturunun təxminən 90 faizini məhv etdiyini, 2 milyondan çox insanın didərgin düşdüyünü və 288.000-dən çox ailənin evsiz qaldığını bildirib.Anar Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
newscenter.az

2Mənbələr