AZ

İrana hücum planı HAZIRDIR – Pentaqon hədəfləri MÜƏYYƏN ETDİ

Pentaqon Trampa İrana hücum planını təqdim edib.

İnterpress.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb. ABŞ və İran arasındakı gərginlik fonunda Vaşinqtonda mühüm müzakirələr gedir.

Məlumata görə, Pentaqon Prezident Donald Trampa İranın nüvə proqramına zərbə endirmək üçün müxtəlif variantlar təqdim edib. 

Bildirilir ki, hərbçilər Trampa əvvəlkindən daha geniş ssenarilər təklif ediblər. Potensial hədəflər sırasında İranın nüvə obyektləri və balistik raket kompleksləri yer alır.

Mənbələrin sözlərinə görə, Tramp paralel olaraq diplomatik yolları da nəzərdən keçirir. Lakin mümkün zərbələrlə bağlı qəti qərarın yaxın günlərdə verilə biləcəyi vurğulanır.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
57
interpress.az

1Mənbələr