AZ

ASELSAN, bazar dəyərini 30 milyard dolları aşan ilk Türkiyə şirkəti oldu



ASELSAN, 13 yanvar tarixində fond bazarının bağlanışı etibarilə bazar kapitallaşmasını 30 milyard dolları keçən ilk Türkiyə şirkəti olaraq BIST 100-də tarixə düşdü.
Ötən il 1 trilyon TL bazar kapitallaşması ilə İstanbul Fond Birjasında ən dəyərli şirkətə çevrilən ASELSAN daha bir rekorda imza atdı. ASELSAN artıq Avropanın ən dəyərli 10 müdafiə sənayesi şirkəti arasında yerini təmin edərək əhəmiyyətli bir nailiyyətə imza atdı.

ASELSAN-ın uğuru əsasən beynəlxalq bazarlardakı effektivliyi və oyun dəyişdirən yüksək texnologiyalı məhsullara yatırdığı investisiya ilə bağlıdır.
Gələcək vizyonunu formalaşdıran üç məqsəddən biri olan ixrac yönümlü böyüməni özünün əsas prioriteti edən ASELSAN, bu yaxınlarda NATO üzvü olan bir ölkə ilə imzaladığı 410 milyon dollarlıq müqavilə ilə qlobal iştirakını gücləndirib.

Avropa və ABŞ-da yerləşən texnologiya nəhənglərinin rəhbərlik etdiyi qlobal bazarlarda artan dalğa ilə yanaşı, ASELSAN qabaqcıl texnologiya həlləri ilə investorlar üçün diqqət mərkəzinə çevrilib və ölkəmizdə texnoloji transformasiyanın ən güclü nümayəndəsidir.

aia.az
Tərcümə şöbəsi



Seçilən
27
aia.az

1Mənbələr