AZ

Bel ağrısını dərman yox, həyat tərzi azaldır » AzadMedia.az


Sidney Universitetinin alimləri bel ağrısının azaldılmasında ən effektiv üsulun sadə həyat tərzi dəyişiklikləri olduğunu açıqlayıblar. Araşdırmaya görə fiziki aktivlik, keyfiyyətli yuxu və siqaretdən imtina bel nahiyəsində xroniki ağrıların yüngülləşməsində mühüm rol oynayır. Tədqiqatın nəticələri Arthritis Care & Research jurnalında dərc olunub.
Alimlər bir il ərzində xroniki bel ağrısından əziyyət çəkən şəxsləri izləyərək onların gündəlik vərdişlərini tibbi xərclərlə müqayisə ediblər. Məlum olub ki, daha sağlam həyat tərzi sürən insanlar ağrıkəsici dərmanlara, həkim qəbullarına və fizioterapiyaya daha az ehtiyac duyurlar. Hər bir əlavə sağlam vərdiş — məsələn, müntəzəm idmanla məşğul olmaq və ya siqareti tərgitmək — müalicə xərclərini orta hesabla 23 faiz azaldır.
Araşdırmada yuxu amili xüsusilə ön plana çıxıb. Yaxşı istirahət etməyən iştirakçıların bel ağrısının müalicəsinə ildə təxminən 1000 dollar daha çox vəsait xərclədiyi müəyyən edilib. Tədqiqatçıların fikrincə, keyfiyyətli yuxu orqanizmdə iltihabı azaldır və ağrıya qarşı davamlılığı artırır.
Eyni zamanda, gender fərqləri də üzə çıxıb. Qadınların bel ağrısının müalicəsinə kişilərlə müqayisədə orta hesabla 76 faiz daha çox xərc çəkdiyi məlum olub. Alimlər bunu qadınlarda ağrının daha geniş yayılması və tibbi yardıma müraciət etmə ehtimalının yüksək olması ilə əlaqələndirirlər.
Seçilən
37
1
azadmedia.az

2Mənbələr