AZ

Əcnəbilərlə evlənənlərin sayı niyə artıb?

2025-ci ildə Azərbaycan vətəndaşları ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər arasında 2081 nikah qeydə alınıb. Bəs azərbaycanlılar niyə xarici vətəndaşlarla ailə qurmağa can atır?Metbuat.az-ın məlumatına görə, əsas səbəblərindən biri də qloballaşmadır. Belə ki, xaricdə təhsil alan və ya işləyən gənclərin sayı artdıqca fərqli millətlərdən olan insanlarla tanışlıq və ailə qurmaq imkanları da genişlənir.Digər tərəfdən, sosial şəbəkələr və beynəlxalq platformalar insanlar arasında məsafə anlayışını aradan qaldırıb. Bu da müxtəlif ölkələrdən olan şəxslər arasında münasibətlərin formalaşmasını asanlaşdırır. Bəzi vətəndaşlar üçün xarici nikahlar daha sabit sosial şərait, yeni həyat tərzi və daha geniş imkanlarla əlaqələndirilir.Eyni zamanda sosioloqların fikrincə, bu cür nikahların artması həm də cəmiyyətdə düşüncə tərzinin dəyişməsi ilə bağlıdır. Əvvəllər üstünlük verilən milli çərçivələr getdikcə zəifləyir, fərdi seçimlər daha ön plana çıxır. Nəticədə, beynəlxalq nikahlar artıq istisna deyil, müasir həyatın bir parçası kimi qəbul olunur.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
88
metbuat.az

1Mənbələr