Qara dənizdə Qazaxıstan neftini daşıyan tankerlərə hücum edilib.
İnterpress.az xəbər verir ki, Qara dənizdə gəmilərə qarşı dron hücumu qeydə alınıb.
“Bloomberg” nəşrinin məlumatına görə, Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) terminalı yaxınlığında “Delta Harmony” və “Matilda” adlı neft tankerləri PUA (pilotsuz uçuş aparatı) hücumuna məruz qalıb. Qeyd edək ki, bu terminal vasitəsilə Qazaxıstan neftinin daşınması həyata keçirilir.
Bildirilir ki, hücumdan əvvəl gəmilər terminaldan uzaqlaşaraq yükləmə üçün növbələrini gözləyiblər.
Hücum nəticəsində “Matilda” tankerinin göyərtəsi yüngül zədələnib, lakin gəmi hərəkət qabiliyyətini itirməyib. İkinci tankerin aldığı zədələrin dərəcəsi isə dəqiqləşdirilir. Ekipaj üzvləri arasında xəsarət alan olmayıb.
Xuraman Etibarlı
İnterpress.az