AZ

“ABŞ İran Prezidenti Məsud Pezeşkianı hədəf almayacaq” -Şərh

"İran rejimi artıq qırmızı cizgiləri keçdi. Öncəki iğtişaşalardan fərqli olaraq bu dəfə proseslərin geri dönüşünün olmadığı görünür. İlk növbədə hadisələrin başlanma səbəbi kimi iqtisadi durumun daha da pisləşdiyi görünür ki, bu da kompromis variant tapılmasını mümkünsüz edir. Sonra isə rejim artıq çox vəhşilik etdi".

Redaktor.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov feysbuk hesabında yazıb.

"ABŞ-nin bundan sonra geri durması həm mümkünsüzdür, həm də zəiflik əlaməti olar.
İran rejiminin liderlərinin ovlanması mövsümü açıq elan ediləcək. Həm İsrail, həm də ABŞ bir yandan mollaları məhv edəcəklər. Nəticə alınmayana kimi dayanılmayacağı ehtimalı böyükdür.

Rejimin liderlərinin məhv edilməsi və ya gizlənməsi xalqa dövləti ələ keçirməyə şərait yaradacaq. Hesab edirəm ki, ABŞ İran Prezidenti Məsud Pezeşkianı hədəf almayacaq. Burda Azərbaycana verilən məlum "hazır ol" mesajının da mənası bundadır, fikrimcə. Pezeşkian və sonrakı dövrə hazır ol. Görünən odur ki, ABŞ və İsrail Pezeşkianın azərbaycanlı kimliyinə önəm verir".

Aytəkin TOFİQQIZI

Seçilən
63
1
redaktor.az

2Mənbələr