AZ

"Dünən gecə yata bilmədim"

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Liqa Kubokunun yarımfinalının ilk oyunu öncəsi “Nyukasl”la bağlı fikirlərinin bölüşüb.

90deqiqe.Az xəbər verir ki, ispan çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında deyib.

Qvardiola bildirib ki, “Mançester Siti”də müəyyən “kiçik problemlər” mövcuddur və klub bunları son məşqdə yenidən qiymətləndirəcək. “Oyunçuları riskə atmayacağıq ki, yenidən zədə almasınlar”, – BBC-yə istinadla baş məşqçi qeyd edib.

O, həmçinin Antuan Semenyonun debüt matçını şərh edib. Semenyo “Ekseter”lə oyununda (10:1) qol vurmuşdu. “Mənim təəssüratım belədir ki, o, çox xoş bir insandır. ‘Bornmut’dakı kimi özünü göstərdi. Ümid edirəm, burada da eyni səviyyədə davam edəcək”, – Qvardiola əlavə edib.

Baş məşqçi bildirib ki, ötən gecə yuxusuz qalıb və Eddi Hau üçün oyun planını düşünüb. “Eddi Hau uzun illərdir bu postdadır. Baxın, onlar son dəqiqələrdə neçə oyun qazanıblar. Bu stadionda hər şey fərqlidir”, – Qvardiola söyləyib.

Qvardiola həmçinin yarışın yarımfinal mərhələsinin iki oyunlu formatını bəyənmədiyini vurğulayıb və bir oyunlu formatın daha məqsədəuyğun olacağını bildirib.

Qeyd edək ki, görüş yanvarın 13-də keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Seçilən
55
90deqiqe.az

1Mənbələr