İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotiklərə qarşı genişmiqyaslı əməliyyat çərçivəsində Oktay Kaynarca və müğənni Emel Müftüoğlu da daxil olmaqla altı nəfər saxlanılıb.
NOCOMMENT.az xəbər verir ki, onlar həbs edilmə tələbi ilə məhkəməyə gətiriliblər.
Qeyd edək ki, aktyor saxlanılması ilə bağlı qısa açıqlama verərək, uzun illərdir narkotiklə mübarizə apardığını və bu cür əməliyyatları dəstəklədiyini bildirib.