"Tottenhem"in niderlandlı mərkəz müdafiəçisi Miki van de Ven yayda klubu tərk etmək istəyir.
Offsideplus.az xəbər verir ki, futbolçunun yay transfer pəncərəsində "Liverpul"a yollanmaq fikrindədir.
Futbolçu burada həmyerlisi Vircil van Daykla birgə çıxış etməyi düşünür.
Qeyd edək ki, 24 yaşlı futbolçu bu mövsüm 27 oyunda 6 qol, 1 assistlə yadda qalıb.