“Atletiko” klubu hücumçu Cakomo Raspadorinin İtaliyanın “Atalanta” klubuna keçid ehtimalını nəzərə alaraq, onun yerinə alternativ futbolçu axtarışlarını davam etdirir.
90deqiqe.Az xəbər verir ki, "Atletiko”nun transfer siyahısında əsas namizəd “Aston Villa” klubunda çıxış edən Doniell Malendir. La Liqa nəhəngi artıq Niderland millisinin üzvü ilə danışıqlara başlayıb.
26 yaşlı hücumçu ilə “Roma” və “Napoli” klubları da maraqlanır.
Malen cari mövsümdə bütün turnirlər üzrə 29 oyunda meydana çıxaraq 7 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 25 milyon avro təşkil edir.
Qeyd edək ki, “Atletiko” rəhbərliyi hücum xəttində keyfiyyətli rotasiyanı təmin etmək üçün transfer prosesini diqqətlə izləyir.