AZ

“Disneylend”in ulduzu işdən QOVULDU: Səbəb çox QƏRİBƏDİR – FOTO

Disneylend”in ulduzu işdən qovulub.

İnterpress.az xəbər verir ki, ABŞ-nin məşhur “Disneylend” parkında qəribə işdənçıxarma hadisəsi baş verib.

Məlumata görə, 8 il ərzində “Qəddar Kraliça” (Evil Queen) obrazını canlandıran aktrisa Sabrina Fon B. işini itirib.

Onun iştirakı ilə çəkilən videolar sosial şəbəkələrdə o qədər populyarlaşıb ki, istifadəçilər aktrisanın şəxsi hesablarını taparaq onun kimliyini ifşa ediblər. Bu isə parkın “personajların sirli qalması” (məxfiliyi) qaydalarına ziddir.

Rəsmi olaraq şirkət susqunluq nümayiş etdirsə də, əsl səbəbin aktrisanın rola həddindən artıq daxil olması və bütün diqqəti öz üzərinə çəkməsi olduğu bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
20
interpress.az

1Mənbələr