AZ

Gümüşün qiyməti rekord həddə çatdı



Gümüşün qiyməti yenidən rekord həddə çatıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, Comex birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) gümüş fyuçerslərinin qiyməti yenidən yeni bir rekord səviyyəyə çataraq troya unsiyası üçün 89 dolları keçib. Beləliklə, gümüş bazar kapitallaşmasında Apple-ı geridə qoyub.

Bir gün əvvəl gümüşün bazar kapitallaşması Amerika şirkəti Nvidia-nın bazar kapitallaşmasını üstələdi. Companiesmarketcap-ın məlumatlarına görə (bu şirkət açıq şirkətlərin, qiymətli metalların, kriptovalyutaların və qarşılıqlı fondların bazar kapitallaşmasını hesablayır) gümüşü bazar kapitallaşması baxımından qızıldan sonra ikinci yerdə qoyur.

Anar
Seçilən
24
newscenter.az

1Mənbələr