AZ

Rusiya Qərbin saxtakarlığını ətraflı şəkildə sənədləşdirib:Zaxarova



Rusiya Qərbin və Kiyev rejiminin, Buçadakı vəziyyətlə bağlı saxtakarlıqlarını ətraflı şəkildə sənədləşdirib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O, Qlobal Fakt Yoxlama Şəbəkəsinin (GFCN) təşkil etdiyi vebinardan sonra bildirib ki, gələcək tədqiqatçılar mənbələrə, transkriptlərə və təkziblərə əsaslanaraq bu məsələni daha asan başa düşəcəklər.

Xatırladaq ki, 2022-ci ilin aprel ayında Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Kiyev vilayətinin Buça şəhərində Ukrayna təxribatı ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 207.3-cü maddəsi (Rusiya Silahlı Qüvvələrinin istifadəsi ilə bağlı bilərəkdən yalan məlumatların ictimai şəkildə yayılması) ilə cinayət işinin açıldığını elan etdi. O qeyd etdi ki, Ukrayna Müdafiə Nazirliyi Rusiya hərbi qulluqçularını nüfuzdan salmaq və qəsdən, əvvəlcədən planlaşdırılmış təxribat həyata keçirmək üçün mülki əhalinin kütləvi şəkildə məhv edilməsinin sübutu kimi Buçadan götürülmüş video görüntüləri Qərb mediasına yayıb.

Anar
Seçilən
80
1
newscenter.az

2Mənbələr