AZ

Xavier Tebas Xabi Alonsonun “Real”dan ayrılmasına münasibət bildirib

La Liqanın prezidenti Xavyer Tebas Xabi Alonsonun Madrid “Real”ındakı baş məşqçi postundan ayrılmasını şərh edib.  

 90deqiqe.Az "Marca"ya istinadən xəbər verir ki, Tebas klubun bu qərarının asan olmadığını vurğulayıb:

“Bir klub məşqçi ilə yollarını ayırmaq qərarı verəndə bu, hər zaman çətin və ağrılı məqamdır. Klubun bizim bilmədiyimiz öz əsasları ola bilər. Əvvəl qarşılıqlı razılaşma, sonra istefa ilə bağlı məlumatlar oxudum – artıq dezinformasiya ilə üz-üzəyik. Dəqiq deyə biləcəyim odur ki, bu qərar hər kəs üçün gözlənilməz oldu. Hətta klubun mətbuat xidməti də baş verənlərlə bağlı tələsmirdi. Naməlum nələrsə yaşanıb ki, mən bunu şərh edə bilmərəm”

Qeyd edək ki, ispan mütəxəssis İspaniya Superkubokunun finalında “Barselona”ya məğlubiyyətdən sonra vəzifəsini tərk edib.

Əlavə edək ki, Xabi Alonsonun gedişindən sonra “Real”ın baş məşqçi postuna klub akademiyasında və “Kastilya”da çalışmış Alvaro Arbeloa təyin olunub.

Seçilən
35
90deqiqe.az

1Mənbələr