AZ

Trampdan vətəndaşlarına və müttəfiqlərinə ÇAĞIRIŞ

Ajans.az CNN telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Detroytdakı "Ford" avtomobil zavoduna ziyarəti zamanı bildirib. "Mən deyərdim ki, İranı tərk etmək pis fikir deyil", - deyə o, ABŞ vətəndaşlarının İranı tərk etməsinin zəruriliyi barədə suala cavab verərkən bildirib. Bundan əlavə, Tramp Vaşinqtonun İrandakı etirazçılara yardım göndərəcəyi ilə bağlı bu yaxınlarda verdiyi bəyanata aydınlıq gətirməyib. O həmçinin bu yardımın məhz nədən ibarət olduğunu dəqiqləşdirməyib. Jurnalistlərin müvafiq sualına Tramp "Baxıb görərsiniz" deyə cavab verib. Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar  axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.

Seçilən
101
Ajans.az

1Mənbələr