AZ

Tramp etirazçıları İranda dövlət binalarını ələ keçirməyə çağırıb

ABŞ Prezidenti Donald Tramp iranlıları etirazları davam etdirməyə və dövlət binalarını ələ keçirməyə çağırıb.

Missiya.Az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün “Truth social” şəbəkə hesabında paylaşım edib.

"İranlı vətənpərvərlər, etirazlara davam edin və dövlət binalarını ələ keçirin!!! Qatillərin və təcavüzkarların adlarını unudun. Onlar bunun bədəlini ağır ödəyəcəklər. Mən etirazçıların mənasız qətli dayandırılana qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv etdim. Kömək artıq yoldadır”, - deyə siyasətçi vurğulayıb.

Daşqın Həsənov

Missiya.Az

Seçilən
60
missiya.az

1Mənbələr