AZ

Adnan Əhmədzadənin Azərbaycandakı media ajanları - SİYAHI

Bir neçə aydır həbsdə olan Adnan Əhmədzadənin media maqnatı olması haqda bu yazımızda qısa da olsa söz açmağa çalışacağıq.

Beləki, ölkə mediasına nəzər saldıqda görərik  ki, onlarla media bu gün kimlərdənsə ciddi formada aslı olaraq fəəaliyyət göstərməkdədir. Demək olar ki, ölkədə fəaliyyət göstərən sosial medianın yarısı ölkə daxilindən və ya xaricdən idarə olunanlar sırasındadır. Elə götürək hər kəsə tanış olan "qara qızıl" baronu A.Əhmədzadəni. O, illərdir xaricdə oturub ölkə mediasını istədiyi kimi idarə edərək özünün qara işlərini həyata keçirib. Bunun hədiyyəsi olaraq da həbsi zamanı onun haqqında ölkə mediasının 90 faizi susqunluq nümayiş etdirdi.

 Bununla yanaşı Əhmədzadənin ölkənin cənub, şimal və gəncəbasar zonaları ilə bağlı saytları da, sosial media səhifələrində məqsədli şəkildə dövlətə qarşı dezolar yayaraq, sabotajlarla məşğul olduqalırınıda kimsədən gizlətmədilər. Nəticədə bildiyimiz kimi...

Əziz oxucular öncə ondan başlayaq ki, Adnan Əhmədzadə Azərbaycanda ən böyük media şəbəkəsinin – “Global Media Group”un qeyri-rəsmi sahibidir. Bu şəbəkəyə çox sayda nüfuzlu media subyektləri daxildir. Türkiyədə fəaliyyət göstərən “Haber Global” telekanalı, report . az, baku .ws, oxu . az, media . az, Kaspi qəzeti, Baku tv, Caliber.az “Global Media Group”a birbaşa daxildir. 

 Maraqlı tərəfi odur ki, neft satışı ilə məşğul olan Adnan Əhmədzadə “Global Media Group”un tərkibindəki media qurumları ilə yanaşı, kənardakı onlarla saytı da maliyyələşdirirmiş. Hansı ki, onun həbsindən sonra da bu fakt tam çılpaqlığı ilə üzə çıxmışdı. Yəni, apardığımız araşdırma zamanı məlum olub ki, “Global Media Group”a daxil olan media subyektləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən onlarla sayt Adnan Əhmədzadənin Bakıda həbs olunması haqda bir cümlə belə, yazmayıblar. Hətta onlar iş adamının həbsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən açıqlanan rəsmi informasiyanı da dərc etməyə ehtiyac görməyiblər. Təbii ki, bu da iş adamının təkcə iqtisadi maxinasiyalar səbəbindən həbs olunmadığını, ortada siyasi səbəblərin də olduğu ehtimalını irəli sürməyə imkan verirdi.

Bəs, “Global Media Group”dan kənarda A.Əhmədzadəyə xidmət edən saytlar hansılardır?

Araşdırmaya əsasən deyə bilərik ki, “Global Media Group”a daxil olan “Haber Global” telekanalı, “Report” İA, “Baku TV”, “BAKU . WS”, “Oxu. az”, “Media . az”, “Kaspi”, “Caliber.az” media subyektlərindən əlavə, “Yenisabah . az”, “Yenicag . az”, “Olke . az”, “Sfera . az”, “Demokrat . az”, “Azxeber . az”, Axsam.az, Piaz.az, Editor.az və s. saytlar da A.Əhmədzadənin həbsi haqda nədənsə bir cümlə yazmaq istəməyiblər. 

Gedişat belə olan halda buradan belə qənaətə gəlmək olar ki, onlar ya birbaşa A.Əhmədzadə tərəfindən maliyyələşdiriliblər, ya da bu haqda məlumat verməməklə bağlı eyni mənbədən tapşırıq alıblar. Deməli, Azərbaycanda hələ də Adnan Əhmədzadənin həbsinə dirəniş göstərən qüvvələr var və onlar ölkə mediasının önəmli hissəsini öz nəzarətləri altında hələ də saxlaya biliblər.

Maraqlıdır ki, bəzi qarayaxma kampaniyasında fəallıq göstərən bu saytlara nəzarət edən və birbaşa sifarişçi “Global Media Group”un rəsmi sahibi kimi təqdim olunan Elnur Abdullayev və Adnan Əhmədzadənin yaxın adamları olublar. Bundan əlavə ölkədə dövlət qurumlarının fəaliyyətini iflic edən, Lənkəran-Astara bölgəsi ilə bağlı qarayaxma kampaniyası aparan cenublu dostlarımız, eləcə də gencexeber.az, sumqayitxeber24 . az, shimal. news, bakuplus. az saytlarının rəhbəri Rusiya yönümlü şəxs olub. O, bundan öncə media. az, report. az saytlarına rəhbərlik edib, daha sonra isə o, "Global Media Group"un Media üzrə direktoru olub. Xülasə, ölkə mediasının böyük bir qismini əlində saxlayan Adnan Əhmədzadənin əlaltıları hələ öz fəaliyyətindədir və dövlətə qarşı "əzələ" nümayiş etdirməkdədirlər. Və adları çəkilən media sahibləri hələdə ölkədə istədikləri məlumatları tirajlayaraq ictimai çaşqınlıqlar yarada bilirlər. Bunların arasında Rusiya ilə yanaşı, İran və Ermənistanı sözardı dəstəkləyib, onların ölkəmizə qarşı çirkin siyasətinə bəraət qazandıranlar da var. Bu isə hüquq -mühafizə orqanlarının işidir və inanırıq ki, yuxarıda adları keçən iç ajanlar da Əhməzadə kimi qanunlar qarşısına çıxarılacaq.

Paytaxt.org

Günay Cəfərli 

Seçilən
32
paytaxt.org

1Mənbələr