Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Cənubi Koreya hakimiyyətinin KXDR ilə gərginliyin azaldılması iddiaları sadəcə xəyaldır".
Oxu.Az xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-Çjon KCNA xəbər agentliyinə açıqlamasında bildirilib.
"Seulun Şimali və Cənubi Koreya arasında münasibətlərin yaxşılaşdırılması üçün müxtəlif optimist planlarına gəldikdə isə bunların hamısı xəyaldan başqa bir şey deyil. Şimali və Cənubi Koreya arasındakı münasibətlərin reallığı heç vaxt dəyişməyəcək", - deyə o qeyd edib.
Kim Yo-Çjon əlavə edib ki, Cənubi Koreya KXDR-in suverenliyini pozan ciddi təxribat törədib. Şimali Koreya liderinin bacısı Seulu günahını etiraf etməyə, üzr istəməyə və gələcəkdə oxşar hərəkətlərin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.
Xatırladaq ki, yanvarın 10-da KXDR Cənubi Koreyanın dronlardan istifadə edərək iki dəfə hava məkanını pozduğunu bəyan edib. Rəsmi Seul bu iddiaları təkzib edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.