AZ

Qonşu ölkəni şaxta vurdu - Məktəblər bağlandı

Türkiyəni ağuşuna alan soyuq və yağışlı hava şəraiti həyatı iflic edib. Yanvarın 14-ü üçün verilən rəsmi məlumatlara görə, kəskin qar yağışı, buzlanma və don təhlükəsi səbəbindən ölkənin bir çox bölgəsində dərslər təxirə salınıb.

Milli.Az xəbər verir ki, 30-dan çox vilayətdə qara görə təhsilə ara verilib. Bəzi şəhərlərdə bütün məktəblər, bəzilərində isə yalnız kəndlərdən gələn şagirdlərin dərsləri tətil edilib.

Tunceli, Gümüşhane, Ərzincan, Ərdahan, Bayburt, Qars və Ağrıda şəhər mərkəzi daxil olmaqla bütün vilayət üzrə məktəblər bağlıdır.

Şırnak, Ordu, Giresun, Rize, Ərzurum, Yozqat, Kastamonu, Artvin, Van, Bingöl, Sivas, Malatya, Trabzon, Konya, Adıyaman, Elazığ, Samsun, Tokat və Sinopun bir çox rayonunda təhsil dayandırılıb.

Aidiyyəti qurumlar yalnız qar yağışının deyil, həm də yollarda yaranacaq güclü buzlanma və don hadisəsinin hərəkət üçün ciddi risk yaratdığını bildirirlər.

Hava şəraitinin pisləşməsi ilə əlaqədar bəzi bölgələrdə nəqliyyatın hərəkətində də çətinliklər yaranıb. Sakinlərə zərurət olmadıqca şəxsi avtomobillərdən istifadə etməmək və hava proqnozunu izləmək tövsiyə olunur.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
61
1
milli.az

10Mənbələr