AZ

Tramp ABŞ-ın İrana qarşı sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran hakimiyyəti buhəftə hökumət əleyhinə etiraz edən şəxslərin edamına başlayacağıtəqdirdə, ABŞ tərəfindən çox sərt addımlar atılacaq.

Trend xəbər verir ki, Tramp,bu barədə “CBS News”a verdiyi müsahibədə bildirib.

“Biz qətiyyətli və sərt tədbirlər görəcəyik. Əgər onlar belə biraddım atsalar, cavabımız çox sərt olacaq”, – deyə Trampvurğulayıb.

İran xalqına göstəriləcək dəstəyə toxunan Tramp qeyd edib ki,yardım geniş miqyaslı və müxtəlif formalarda olacaq: “Göstəriləcəkyardım kifayət qədər çoxdur və müxtəlif istiqamətləri əhatə edəcək.Buraya iqtisadi dəstək də daxildir”.

Seçilən
89
az.trend.az

1Mənbələr