AZ

Üç ölkə ABŞ-ni İrana zərbədən çəkindirməyə çalışır

BAKI, 14 yanvar. TELEQRAF

Qətər, Oman və Səudiyyə Ərəbistanı ABŞ-ni İrana zərbədən çəkindirməyə çalışır.

Teleqraf xəbər verir ki, Yaxın Şərqin bir sıra ölkələrinin hakimiyyət orqanları Ağ evi İranda hakimiyyəti güc yolu ilə dəyişdirmək cəhdlərindən çəkindirməyə çalışır.

Bu barədə "The Wall Street Journal" yazır.

Nəşrin məlumatına görə, Səudiyyə Ərəbistanı, Oman və Qətər rəsmiləri Vaşinqtona bildiriblər ki, İranda mövcud rejimin devrilməsinə yönələn hərbi addım neft bazarlarında ciddi sarsıntılara səbəb ola və nəticədə ABŞ iqtisadiyyatına zərər vura bilər.

Seçilən
82
1
teleqraf.com

2Mənbələr