Bakı. Trend:
Qəbələ rayonunun Soltannuxa kəndində ümumi sahəsi 200 m² (hərmərtəbəsi 100 m²) olan ikimərtəbəli 4 otaqlı evin ikincimərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədəyanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsiyanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.