AZ

Dünya Bankı 2028-ci ilədək Azərbaycanın real ÜDM artımı üzrə proqnozları açıqlayıb

Bakı. Trend:

Gözləntilərə görə, Azərbaycanın real ümumi daxili məhsulu (ÜDM)2026-cı ildə 1,8 faiz, 2027-ci ildə isə 1,7 faiz artacaq.

Bu barədə TrendDünya Bankının 2026-cı ilin yanvar ayına dair "Global EconomicProspects" hesabatına istinadən xəbər verir.

Qeyd olunur ki, iqtisadi artım karbohidrogenlər sektorundakıamillər və fiskal siyasətin sərtləşdirilməsi ilə məhdudlaşacaq.

Proqnozlar son dövrdə müşahidə olunan artım dalğalanmaları iləmüqayisədə zəifləməni göstərir. Dünya Bankının məlumatına görə,Azərbaycan ÜDM-i 2024-cü ildə 4,1 faiz artıb, 2023-cü ildə isə 1,4faiz azalıb, 2025-ci il üzrə artım isə 1,9 faiz səviyyəsindəqiymətləndirilir.

Hesabatda bildirilir: “Azərbaycanda iqtisadi fəallığınkarbohidrogen hasilatının azalması, dünya neft qiymətlərinindüşməsi və fiskal siyasətin sərtləşdirilməsi səbəbindən məhdudqalacağı gözlənilir”.

Eyni zamanda Dünya Bankı regional dinamikanın yaxşılaşdığınıvurğulayaraq qeyd edib ki, 2025-ci ilin avqustunda Ermənistan vəAzərbaycan arasında sülh sazişinin mətninin paraflanması CənubiQafqazda sabitliyi möhkəmləndirəcək və iqtisadi inteqrasiyanıdərinləşdirəcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsininməlumatına əsasən, 2025-ci ilin yanvar–noyabr aylarında ölkədə116,3 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilibki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər1,8 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3,2 faiz artıb.

ÜDM-in 34 faizi sənayenin, 10,6 faizi ticarət və nəqliyyatvasitələrinin təmiri, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5faizi tikinti, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı vəbalıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə,1,9 faizi informasiya və kommunikasiya sektorunun, 21,1 faizi digərsahələrin payına düşüb, məhsullar və idxal üzrə xalis vergilər isəÜDM-in 9,5 faizini təşkil edib.

Adambaşına düşən ÜDM 11 356,4 manat olub.

Seçilən
66
1
az.trend.az

2Mənbələr