AZ

Tramp onu tənqid edənə qalmaqallı jest edib

BAKI, 14 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Trump "Ford" şirkətinin Detroyt şəhərindəki zavoduna səfəri zamanı etik normalara uyğun olmayan jest nümayiş etdirib və nalayiq ifadələr işlədib.

Teleqraf xəbər verir ki, hadisənin videosu RT "Telegram" kanalında paylaşılıb.

İnsidentdən öncə izdihamdan kimsə Trampın ünvanına təhqiramiz ifadə səsləndirib. Nəşrin iddiasına görə, səsləndirilən ifadə Trampın amerikalı maliyyəçi Ceffri Epşteynlə tanışlığı və qalmaqallı iş üzrə materialların açıqlanmasının ləngiməsinə işarə kimi dəyərləndirilib.

Rəsmi qurumlar hadisə ilə bağlı hələlik açıqlama verməyiblər.

Seçilən
60
teleqraf.com

1Mənbələr