AZ

Reuters: Vaşinqton Venesuela ilə əlaqəli onlarla tankerin həbsinə nail olmağa çalışır...

ABŞ məhkəmələrdən Venesuela neftinin daşınmasında iştirak edən gəmilər üçün həbs orderləri tələb edir...

Poliqon xəbər verir ki, ABŞ hökuməti Venesuela nefti ilə ticarətlə əlaqəli olan onlarla tankerin həbs edilməsi üçün məhkəmələrə müraciət edib. “Reuters” Agentliyinin mənbələrə istinadla yaydığı məlumata görə, Vaşinqton artıq bu istiqamətdə onlarla sorğu təqdim edib.

Mənbələrin bildirdiyinə görə, təqdim olunan müraciətlərin dəqiq sayı və onlardan neçəsinin məhkəmələr tərəfindən təmin edildiyi açıqlanmır. Agentlik qeyd edir ki, ABŞ Ədliyyə Nazirliyi məsələ ilə bağlı şərh sorğusuna cavab verməyib.

“Reuters”in məlumatına əsasən, ABŞ son həftələrdə beynəlxalq sularda Venesuela neftini daşıyan və ya keçmişdə bu fəaliyyətlə məşğul olmuş beş gəmini ələ keçirib. Bu cür əməliyyatlar dekabrın əvvəlindən etibarən həyata keçirilir. Həmin vaxt ABŞ prezidenti Donald Tramp Venesuela ilə ticarətdə iştirak edən sanksiya altındakı gəmilərə qarşı tam blokada tətbiq olunduğunu elan etmişdi.

Məlumata görə, ABŞ hərbçiləri Venesuela sahilləri yaxınlığında bu cür əməliyyatları davam etdirmək niyyətindədir. Ağ Evin mətbuat katibi Kerolayn Levitt daha əvvəl bəyan etmişdi ki, Vaşinqton Venesuela ilə qeyri-qanuni neft ticarətində iştirak edən tankerlərin ələ keçirilməsi siyasətini davam etdirəcək. ABŞ administrasiyası bu addımları Karakas hakimiyyətinə iqtisadi və siyasi təzyiq mexanizminin tərkib hissəsi kimi qiymətləndirir.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr