AZ

Kiyev qaranlıqda qalıb

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Ukraynanın paytaxtı Kiyevdə elektrik təchizatında ciddi problemlər yaşanıb.

BAKU.WS xəbər verir ki, şəhərin böyük hissəsində işıq enerjisinin verilməsi dayandırılıb və uzunmüddətli kəsintilər müşahidə olunub.

Məlumata görə, elektrik enerjisinin olmaması Kiyev ətrafında yerləşən yanacaqdoldurma məntəqələrində sıxlıq yaradıb, sürücülər yanacaq almaq üçün növbələrə düzülüb.

Bildirilir ki, yanvarın 13-dən 14-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Ukrayna ordusu ilə əlaqəli enerji infrastrukturu və obyektlərinə genişmiqyaslı hava zərbələri endirib.

Ukraynanın Energetika Nazirliyi hücumlar nəticəsində enerji obyektlərinə ziyan dəydiyini təsdiqləyib. Nazirliyin açıqlamasına əsasən, yalnız Kiyev deyil, eyni zamanda Odessa, Xarkov, Dnepr və Çerniqov bölgələrində də elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
116
baku.ws

1Mənbələr