AZ

Bu klub Messiyə "ömürlük müqavilə" təklif etdi - Cavabı nə olacaq?

Səudiyyə Ərəbistatının "Əl-İttihad" klubunun prezidenti Ənmar əl-Xayli Lionel Messi ilə nəyin bahasına olursa olsun, müqavilə bağlamağa hazır olduğunu bildirib. 

Fanat.Az xəbər verir ki, "The Touchline" qəzeti klub rəhbərinin dediklərini belə təqdim edib:

"Messi "Əl-İttihad"a qoşulmağa hazırdırsa, mən ona istədiyi qədər pul qazanmağa imkan verən müqavilə təklif edəcəyəm. İstənilən müddətə, hətta ömürlük belə. Pul mənim üçün vacib deyil - mən sadəcə tarixin ən böyük futbolçusu Messi ilə müqavilə imzalamaq istəyirəm".

Argentinalı superulduz bu payız "İnter Mayami" ilə müqaviləsinin müddətini 2028-ci ilin sonuna qədər uzadıb. Lakin 38 yaşlı futbolçu şansını başqa yerdə sınamaq qərarına gəlsə, Səudiyyə Ərəbistanında onu "pula boğacaqlar". 

 Lionel Messi 2023-cü ilin yayından bəri "İnter Mayami"də oynayır.

Seçilən
61
1
fanat.az

2Mənbələr