AZ

Yol verməklə arası olmayan sürücü Azneft dairəsində qaydaları pozdu VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakıda yolayrıcının keçilməsi qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 28-də, paytaxtın Neftçilər prospektilə Niyazi küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, 77-QL-044 qeydiyyat nişanlı "Changan" markalı avtomobilin sürücüsü dairəvi hərəkət təşkil edilmiş yolayrıcına daxil olan zaman qaydaları pozub. O, üstünlüyə malik olan avtomobilə yol vermədən qarşısına çıxıb. Sürücü qəzanın baş verəcəyini görən zaman sürəti azaldaraq hadisədən yayınıb.

Fərid

Oxunub 170

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
avtosfer.az

1Mənbələr