AZ

“Traktor”un məşhur futbolçusu da öldürüldü! – İran qan gölündə üzür

İki həftədən artıqdı İranda xalq etirazları davam edir. Hökumətin siyasətindən narazı olan vətəndaşlar dinc etiraz aksiyaları keçirir. Ancaq yanvarın 9-10-da İranın təhlükəsizlik qüvvələri, SEPAH-a və “Bəsic”ə bağlı silahlılar amansız qətliam törədib. İranın Səhiyyə Nazirliyi 3 min adamın həlak olduğunu açıqlasa da, müstəqil mənbələrin ölənlərin sayının hətta 12 minə çatdığını iddia edir. Qonşu ölkədə nəinki internetə, hətta mobil rabitəyə və stasionar telefon danışıqlarına da qadağa qoyulduğunu nəzərə alsaq, həqiqəti üzə çıxarmaq çətindi.
Güney Azərbaycanın əsas şəhəri Təbriz də hadisələrin mərkəzindədi. Təəssüf ki, öldürülənlər arasında “Traktor”un məşhur sabiq yarımmüdafiəçisi Müctəba Tərşiz və xanımı da var. Onlar barrikada qurarkən qətlə yetirilib. Allah rəhmət eləsin.
ORXAN

Seçilən
131
2
football-plus.az

3Mənbələr