AZ

Həbsdə olan Adnan Əhmədzadə haqda yeni qərar verildi

I Liqada mübarizə aparan “Mingəçevir”in sahibi, iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunanAdnan Əhmədzadənin həbsdə saxlanılma müddəti uzadılıb.

Sportinfo.az xəbər verir ki,Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında yeni qərar qəbul edib.

Məhkəmə iri həcmli iş üzrə istintaq hərəkətlərinin hərtərəfli və maneəsiz aparılmasını təmin etmək məqsədilə Adnan Əhmədzadənin həbs müddətinin uzadılmasına qərar verib.

Məşhur iş adamı 4 ay əvvəl DTX tərəfindən tutulub. Hazırda cinayət işi üzrə ibtidai istintaq hərəkətləri aparılır.

Seçilən
101
sportinfo.az

1Mənbələr