Azərbaycan klubları üçün 2025/2026 mövsümünün qış transfer pəncərəsi açılıb.
Fanat.Az-ın məlumatına görə, bu gündən etibarən klublar yeni futbolçularını qeydiyyatdan keçirə biləcəklər.
Transfer dönəmi 31 gün davam edəcək. Oyunçuların qeydiyyatı üçün son tarix fevralın 10-u (saat 23:59-a kimi) olacaq.
2026-cı il martın 31-i isə azad agent statusuna malik peşəkar oyunçuların sifarişi üçün son tarix kimi müəyyən edilib. Bundan sonra yalnız azad agentlərin keçidi mümkün olacaq.