AZ

ABŞ Venesueladan neft daşıyan tankerləri müsadirə edəcək Prokurorluq məhkəmələrə müraciət edib

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prokurorluğu Venesuela neftini daşıyan neft tankerlərinin müsadirəsi məqsədilə federal məhkəmələrə müraciət edib. Söhbət ABŞ hüquq sistemində tətbiq olunan və “mülki müsadirə” (civil forfeiture) adlanan prosedurdan gedir. “Reuters” agentliyi mənbələrinə istinadən yazır ki, onlarla gəmi və onların yükü müsadirə oluna bilər.

“Mülki müsadirə” ABŞ-də məhkəmə qərarı əsasında qeyri-qanuni fəaliyyətlə əlaqələndirilən əmlakın dövlət tərəfindən ələ keçirilməsini nəzərdə tutur. ABŞ prokurorluğu sanksiya obyektinə daxil olan Venesuela neftinin daşınmasını qanunsuz fəaliyyət kimi qiymətləndirir.

“Reuters”in məlumatına görə, son həftələrdə ABŞ Sahil Mühafizəsi Amerika hərbi gəmilərinin dəstəyi ilə Venesuela neftini daşıyan və ya əvvəllər bu daşımalarla məşğul olmuş azı beş tankeri ələ keçirib. Mənbələr bildirir ki, prokurorluğun neçə müsadirə orderi üçün müraciət etdiyi dəqiq məlum deyil, çünki bu məlumatlar ictimai deyil. Bununla belə, söhbət bir neçə onlarla orderdən gedir.

Agentlik qeyd edir ki, tankerlərin müsadirəsi Ağ Evin Venesuela neftinin ixracı və hasilatına nəzarət strategiyasının tərkib hissəsidir. Bu strategiya neft satışından əldə olunan vəsaitlərin Venesuelanın neft hasilatı sektorunun bərpasına yönəldilməsini nəzərdə tutur.

“Reuters” yazır ki, ABŞ ötən ilin dekabrında faktiki olaraq Venesuela neftinin ixracını bloklayıb. Yanvarın 3-də Venesuela lideri Nikolas Maduronun ABŞ xüsusi təyinatlıları tərəfindən ələ keçirilməsindən sonra isə neft ixracı ABŞ-nin nəzarəti altında yenidən bərpa olunub.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
azpolitika.info

1Mənbələr